Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Taxt oyunları”nın 4-cü bölümü internetə sızdı

Məşhur “Taxt oyunları” (“Game of Thrones”) serialının yeni mövsümə aid 4-cü bölümü hələ efirə çıxmadan internetə sızıb.  

 

İKT.lent.az-ın xəbərinə görə, serial “Reddit” internet resursuna yerləşdirilib. Bunu edən şəxs bildirib ki, bu fayl Pakistandan hədiyyədir.  

 

Hadisədən qısa müddət sonra serialın fanatlarının axın etməsi nəticəsində saytın içində problem yaranıb.

 

Dördüncü seriyanın rəsmi premyerası avqustun 6-na təyin edilib.  

 

Xatırladaq ki, bir neçə gün əvvəl hakerlər HBO telekanalına müdaxilə edərək “Taxt oyunları”nın 4-cü seriyasını ələ keçirmişdilər. HBO haker hücumunu təsdiqləsə də, konkret nələrin oğurlandığını açıqlamayıb. Hakerlər isə ümumilikdə 1,5 terabayt material ələ keçirdiklərini bildiriblər.  

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017