Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq!

Tailand hökuməti “Facebook” və “YouTube”u lisenziyalarını ləğv etməklə hədələyib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Bangkok Post” məlumat yayıb.

 

Tailand hökuməti sosial şəbəkələrdən ölkə məhkəmələri tərəfindən qadağan olunan informasiyaların silinməsini tələb edir. Söhbət 1700 səhifədən çox “zərərli” informasiyadan gedir. Tailand Milli Telekommunikasiya və Yayım Komissiyası şirkətləri məhkəmə qərarından sonra bu xəbərləri blok etməyə çağırıb.   

 

“Facebook və YouTube“ qanunsuz kontent olan səhifələri avqustun 7-nə qədər silməlidir. Əks halda, Tailand ərazisində onların fəaliyyətinə qadağa qoyulacaq.

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017