Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook”da tərcümənin keyfiyyəti yüksəlib

 

“Facebook” sosial şəbəkəsi süni intellektin köməyi ilə tərcümə sistemini təkmilləşdirib.

 

İKT.elnt.az-ın “The Verge” saytına istinadən verdiyi xəbərə görə, sistemə süni intellekt elementlərinin daxil edilməsi avtomatik tərcümənin keyfiyyətini yüksəldib.

 

Gün ərzində “Facebook”un avtomatik tərcümə xidməti təxminən 4,5 milyard çevirmə edir. Artıq sistem ayrı-ayrı sözləri və söz birləşmələrini deyil, bütöv cümlələri çevirə bilir. Şirkətdən bildiriblər ki, köhnə və yeni sistemdə tərcüməni keyfiyyəti arasında ciddi fərq var. Belə ki, avtomatik tərcüməni qiymətləndirmək üçün istifadə olunan BLUE (bilingual evaluation understudy) göstəricisi yenilənmədən sonra bütün dillər üçün orta hesabla 11% artıb.

 

Qeyd edək ki, “Google Translate” xidməti də ötən ilin noyabrından etibarən ayrı-ayrı sözləri deyil, bütöv cümlələri tərcümə edən neyroşəbəkələrdən istifadə etməyə başlayıb. Bu isə tərcümənin keyfiyyətini xeyli yüksəldib.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017