Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İlon Mask aktrisa sevgilisindən ayrıldı

ABŞ-da məşhur iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask (Elon Musk) və tanınmış aktrisa Ember Herd (Amber Heard) arasındakı romantik münasibətlər bitib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “US Weekly” məlumat yayıb. Mənbə bildirib ki, cütlüyün münasibətlərinə iş mane olub. Belə ki, İ. Mask daim məşğuldur, E. Herd isə Avstraliyaya film çəkilişlərinə gedib və oktyabra qədər orada qalacaq. Aktrisa iş adamı ilə birgə həyat naminə karyerasından vaz keçmək niyyətində deyil.

 

Mask və Herd 2013-cü ildə “Maçete öldürür” filminin çəkiliş meydançasında qarşılaşıblar. Mask filmdə epizodik rol ifa edib. Həmin vaxt Ember Herd məşhur aktyor Conni Depp ilə evli olub. 2016-cı ilin mayında E. Herd C. Deppdən ayrılıb, elə həmin il onu milyarder iş adamı ilə birlikdə görüblər. Bu ilin aprelində onlar münasibətləri olduğunu etiraf ediblər.

 

Qeyd edək ki, 46 yaşlı İ. Maskın sərvəti 16,6 milyard dollar həcmində qiymətləndirilir.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017