Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Taxt oyunları”nın 5-cü bölümünün ssenarisi də sızdı

ABŞ-da HBO kabel televiziyasının saytına hücum etmiş hakerlər populyar “Taxt oyunları” (“Game of Thrones”) serialının yeni mövsümdəki 5-ci bölümünün ssenarisini internetə qoyublar.

 

İKT.lent.az-ın “The Hollywood Reporter”a istinadən verdiyi məlumata görə, ssenari ilə birlikdə telekanal rəhbərlərindən birinin yazışmaları da yayılıb.

 

Hakerlər HBO-nun baş direktoru Riçard Pleferə müraciət ünvanlayıblar. Onlar pul tələb etsələr də, konkret məbləğ söyləməyiblər. Hakerlər HBO-nun saytının müdafiəsini “sındırmağı” asan iş adlandırıblar: “Biz sizin nəhəng şəbəkənizin müdafiəsini uğurla keçdik. HBO bizim mürəkkəb məqsədlərimizdən biri idi, lakin biz cəmi 6 aya uğura nail olduq”.

 

Xatırladaq ki, ötən həftə hakerlər “Taxt oyunları”nın 4-cü bölümünü internetə qoyublar. HBO-ya hücum edən hakerlər ümumilikdə 1,5 terabayt material ələ keçirdiklərini bildiriblər.  

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017