Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” gender bərabərliyinə qarşı çıxan əməkdaşı qovdu

“Google” şirkəti kişilərin qadınlardan üstün olduğunu bildirən əməkdaşını işdən uzaqlaşdırıb.

 

İKT.lent.az-ın “Bloomberg” ə istinadən verdiyi xəbərə görə, Ceyms Damor adlı mühəndis 10 səhifəlik məktub yayaraq İT (informasiya texnologiyaları) sənayesində kişilərin qadınlardan üstün olduğunu əsaslandırmağa çalışıb. O qeyd edib ki, texnoloji sahədə çalışan kişilərin sayı qadınlardan çoxdur, bunun səbəbi isə onlar arasındakı bioloji fərqlərdən qaynaqlanır. C. Damor iddia edib ki, gender bərabərliyinə nail olmaq cəhdləri neqativ nəticələrə gətirib çıxarır.

 

C. Damorun məktubu şirkət daxilində geniş müzakirə olunub. Məsələ mediaya da çıxıb. “Google” rəhbəri Suindar Piçay məsələyə münasibət bildirib. O deyib ki, hansısa cinsin texnoloji işə daha uyğun olduğunu söyləmək olmaz.  

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018