Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlər “Taxt oyunları” ulduzlarının şəxsi məlumatlarını yaymağa başladı

ABŞ-ın HBO kabel televiziyasına haker hücumunun əks-sədası davam edir. Hakerlərin əsas hədəfi məşhur “Taxt oyunları” (“Game of Thrones”) serialı olub. Onlar artıq serialın 4-cü bölümünü və 5-ci bölümünün ssenarisini internetə sızdırıblar.

 

İKT.lent.az-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, hakerlər serial ulduzlarının şəxsi məlumatlarını da ələ keçirib. Artıq bəzi məlumatlar - məsələn, Piter Dinkleyc, Lina Hedi və Emiliya Klarkın telefon nömrələri, elektron poçt ünvanları internetdə yayılıb. Hakerlər HBO kanalından böyük məbləğdə pul tələb edirlər. Əks halda, onlar daha çox material, o cümlədən hələ yayımlanmamış serialların epizodlarını, konfidensial korporativ məlumatları yayacaqlarını bildirirlər.

 

HBO rəhbərliyi isə polis və kibertəhlükəsizlik üzrə mütəxəssislərlə əməkdaşlıq şəraitində təhqiqat aparıldığını açıqlayıb. 

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017