Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Moskvada pilotsuz avtomobillər üçün poliqon yaradıldı

Rusiya paytaxtındakı “Kalibr” texnoparkında ölkədə pilotsuz avtomobillərin sınaqları üçün ilk poliqon açılıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə Moskva merinin rəsmi portalında məlumat verilib.  

 

Moskvanın Ostankino rayonunda yerləşən texnoparkda yaradılan poliqon şəhərə oxşadılıb. 400 metr uzunluğunda yolda avtobus dayanacaqları, piyada keçidləri, yol nişanları, dairəvi hərəkət var.


Artıq pilotsuz avtomobillərin sınaqlarına başlanıb. “Pilotsuz nəqliyyat vasitələri sahəsində iş aparan şirkətlər üçün avtomobilləri sınaqdan keçirməyə və “öyrətməyə” imkan verən infrastrukturun olması vacibdir. Bu işə yardımçı olmaq üçün texnoparkda xüsusi təcrübə poliqonu yaradılıb”, - deyə meriyanın portalında bildirilir.

 

Poliqondan ali məktəb tələbələri və aspirantları da istifadə edəcək.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017