Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən innovasion 100 şirkət açıqlandı

“Forbes” dərgisi dünyanın ən innovasion 100 şirkətinin siyahısını tərtib edib.

 

İKT.lent.az-ın xəbərinə görə, reytinqdə ilk sıranı 2 illik fasilədən sonra ABŞ Kaliforniya ştatında fəaliyyət göstərən “Salesforce” şirkəti tutub. Bu şirkət iri korporasiyaları proqram məhsulları ilə təmin edir.

 

Əvvəlki siyahlıda 1-ci olan “Tesla Motors” ikinci sıraya geriləyib. Üçüncü yeri “Amazon” tutur.

 

İlk “beşlikdə” Çinin “Shanghai Raas Blood Products” tibb şirkəti və ABŞ-ın film-serial sektorunda fəaliyyət göstərən “Netflix” də yer alıb.
 

Siyahıya Asiyadan 6 yeni şirkət daxil olub.

 

“Top-100”də Rusiyanın “Maqnit” və “Norilskiy nikel” şirkətlərinin də adları var. Ərzaq riteyleri “Maqnit” 53-cü, “Norilskiy nikel” isə 63-cü sıradadır.

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017