Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Kreml seçkilər üçün digital strategiya hazırlayır

Kreml və Mərkəzi Seçki Komissiyası seçiciləri sosial şəbəkələr vasitəsilə 2018-ci il prezident seçkilərinə cəlb etmək üçün digital strategiya hazırlayacaq.

 

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, strategiyanın hazırlanması və  həyata keçirilməsi Rusiyada iri sosial şəbəkələrə sahib olan “Mail.ru Group”a həvalə edilə bilər.

 

“Söhbət Putinin namizədliyinin təbliğindən getmir, onun reytinqi qaydasındadır. Əsas vəzifə seçiciləri seçkiyə cəlb etməkdən ibarətdir ki, iştirak faizi ilə bağlı problem yaranmasın və seçkidən sonra bu mövzuda spekulyasiyalar aparılmasın”, - deyə Kremldəki mənbə bildirib.

 

Qeyd edək ki, “Mail.Ru.Group”un ötən ilə olan hesabatına əsasən şirkətin məhsulları Rusiyada internet istifadəçilərinin 90%-dən çoxunu əhatə edir. Belə ki, şirkət “VKontakte” (aktiv auditoriyası 95 milyon nəfər) və “Odnoklassniki” (71 milyon nəfər) sosial şəbəkələrinə sahibdir.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017