Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Disney”ə qarşı məhkəmə iddiası qaldırıldı

 

“Walt Disney” şirkətinə qarşı mobil oyun əlavələri vasitəsilə uşaqlar haqqında informasiya toplamaq ittihamı ilə kollektiv məhkəmə iddiası qaldırılıb.

 

İKT.lent.az-ın The Verge” saytına istinadən verdiyi məlumata görə, toplanan informasiyalar sonradan üçüncü tərəflərə ötürülərək reklam kampaniyası hazırlanmasında istifadə olunub. Bu addımın ABŞ-da uşaqların internetdə gizliliyinin qorunması haqqında 1999-cu ildə qəbul olunmuş qanuna zidd olduğu bildirilir. 13 yaşından aşağı uşaqların məlumatlarını toplamaq üçün valideynlərin icazəsi tələb olunur.

 

Məhkəmə iddiasında 42 mobil oyun əlavəsinin adı var.

 

“Disney” isə ittihamları qəbul etmir.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017