Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Venesuela hökuməti: Xarici agentlər telekommunikasiya sistemimizi hədəf alıb

Venesuelanın dövlət telekommunikasiya şirkətinə kiberhücum nəticəsində 7 milyon insan mobil rabitəsiz qalıb.

 

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin elm və texnologiya naziri Uqbel Roa deyib. “Bu çərşənbə günü “Movilnet” dövlət operatorunun 13 milyon istifadəçisindən 7 milyonu rabitəsiz qalıb”, - deyə o, bildirib.

 

Nazirin iddiasına görə, telekommunikasiya xidmətlərinə qarşı “sistematik terror aktları” xarici agentlərin dəstəyi ilə aparılır. O, 7 ştatın ərazisində kabellərin qəsdən zədələndiyini söyləyib.

 

Mobil rabitə operatorundan başqa, bir sıra hökumət idarələri də kiberhücuma məruz qalıb. Hücumlara görə məsuliyyəti “Binary Guardians” haker qruplaşması öz üzərinə götürüb.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017