Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” kollektivinin toplantısı baş tutmadı

“Google” şirkətinin baş direktoru Sundar Piçai bəzi əməkdaşların həyatına təhlükə olması səbəbilə kollektivin ümumi iclasını təxirə salıb.

 

İKT.lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, toplantıda mühəndis Ceyms Damorun işdən uzaqlaşdırılmasından sonra sosial-mədəni fərqlilik və söz azadlığı ilə bağlı şirkətdə yaranmış vəziyyət müzakirə olunmalı idi.

 

Xatırladaq ki, C. Damor qadınların bioloji fərqlilik üzündən texnoloji sahədə kişilərdən geri qaldığı barədə hesabat hazırladıqdan sonra şirkətdən kənarlaşdırılıb. Bu fakt bir sıra dairələrin, xüsusən sağçı baxışlara malik insanların etirazına səbəb olub. “WikiLeaks” saytının yaradıcısı Culian Assanj Ceyms Damora iş təklif edib.

 

S. Piçau iclasın təxirə salınması ilə bağlı elektron məktubunda bildirib ki, bəzi əməkdaşların adları müəyyən saytlarda yayılıb və onların təhlükəsizliyinə təhdid yaranıb. O, yaxın günlərdə qeyd olunan mövzu üzrə daxili forumlar təşkil edəcəklərini söyləyib.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017