Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Cənubi Koreya robot vergisi tətbiq edəcək

Cənubi Koreya robotlara vergi tətbiq edilən ilk dövlət ola bilər.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Mashable” saytı məlumat yayıb.

 

Təşəbbüsün səbəblərindən biri ölkədə işsizliyin artması ilə bağlıdır. Belə ki, bu il işsizlərin sayı 1,17 milyon nəfər olub. Eyni zamanda, Cənubi Koreya ən çox robotlaşmış ölkədir. İstehsalda çalışan hər 10 min əməkdaşa 531 robot düşür.  

 

Robot vergisi şirkətlərin avtomatlaşdırılmış istehsala sərmayə yatırmaq həvəsini azaldaraq insanlar üçün iş yerlərinin açılmasına səbəb ola bilər.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017