Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter” Trampı itirsə, dəyəri azalacaq - EKSPERT RƏYİ

ABŞ prezidenti Donald Tramp “Twitter”dən çıxsa, şirkətin bazar dəyəri təxminən 2 milyard dollar aşağı düşəcək.
 
İKT.lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Monness Crespi Hardt & Co.” şirkətinin analitiki Ceyms Kakmak deyib. O bildirib ki, əgər Tramp “Twitter” dən istifadəni dayandırsa, bu, digər istifadəçilərin sosial şəbəkədən kütləvi halda getməsinə səbəb olmasa da, şirkətin qeyri-maddi aktivlərinin dəyərinin kəskin azalmasına gətirib çıxaracaq. Hətta şirkətin göstəriciləri pisləşməsə belə, bu halda səhmlərin qiyməti ucuzlaşa bilər. “Dünyada Amerika Birləşmiş Ştatlarının prezidentindən yaxşı reklam yoxdur”, - deyə Kakmak söyləyib.
 
Hazırda “Twitter İnc” şirkətinin bazar dəyəri təxminən 11,7 milyard dollar təşkil edir.

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018