Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Spotify” irqçi mahnıları silməyə başladı

İsveçin “Spotify” striminq musiqi xidməti irqçi mahnıları öz pleylistindən çıxarmaq qərarına gəlib.

 

İKT.lent.az-ın xəbərinə görə, problem “Digital Music News” adlı saytda çıxan “Spotify”da ağdərililərin üstünlüyünü təbliğ edən 27 nifrət qrupu tapdım” başlıqlı yazı ilə gündəmə gəlib.

 

“Spotify”dan bildiriblər ki, xidmətin bir irqə, dinə, cinsiyyətə qarşı zorakılığı təbliğ edən, nifrəti dəstəkləyən məzmunlara dözümü yoxdur: “Məsələni öyrəndikdə dərhal hərəkətə keçdik. Bununla bağlı bizə xəbərdarlıq edildiyi üçün məmnunuq. Qalan musiqiləri də sürətlə araşdırırıq”.

 

Ancaq mütəxəssislər qeyd edir ki, bir çox mahnıda irqçi məzmunlu arqo ifadələrdən istifadə edilir və onlardan hansını nifrət, hansını söz azadlığı çərçivəsində dəyərləndirmək lazım olduğu müəmmalıdır. Bundan başqa, silinən irqçi musiqilərin daha da populyarlaşması təhlükəsi də var.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017