Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Petya” yenidən Ukraynanı təhdid edir

Məşhur “Petya” virusu Ukraynada yenidən fəallaşıb.
 
İKT.lent.az-ın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, son bir neçə gün ərzində elektron məktublarda zərərverici kodun mövcudluğu ilə bağlı daxil olan məlumatların sayı artıb. Belə ki, tərkibində zərərverici fayllar olan kütləvi göndərişlər yenidən ortaya çıxıb. Demək olar ki, bütün fayllar ARJ, ZIP, 7-ZI formatlarında göndərilib. Çox vaxt belə fayllar hesablar altında gizlənilir. Şifrənin bir hissəsini təhlil etdikdə məlum olur ki, proqram bütün yollarla internet əlaqə yaratmağa çalışır.  
 
Maksimal müdafiəni təmin etmək üçün naməlum şəxslər tərəfindən göndərilən məktubları arxivdən silmək məsləhət görülür. Xüsusilə də bu, “Microsoft” poçt proqramlarının istifadəçilərinə aiddir. Belə məktubları açmamışdan əvvəl onu  antivirusla və ya öncədən yoxlama proqramları vasitəsilə yoxlamaq gərəkdir. 

 

Xatırladaq ki, bu il iyunun 27-də Ukraynanın kompüter sistemlərində yayılan naməlum virus onlarla dövlət qurumunun və özəl şirkətin fəaliyyətini iflic edib. İrimiqyaslı haker hücumu nəticəsində Ukrayna banklarının, enerji şirkətlərinin, dövlət və media qurumlarının internet resursları və lokal şəbəkələrin işi bloklanıb. Haker hücumunun “Petya” virusu vasitəsilə həyata keçirildiyi məlum olub. Ukraynadan sonra bu virus dünya miqyasında yayılıb.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017