Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” 3 yeni məhsulunu təqdim edəcək

“Google” üç yeni məhsulunu təqdim etməyə hazırlaşır.
 
İKT.lent.az-ın “oane.ws” saytına istinadən verdiyi məlumata görə, mütəxəssislər proqnozlaşdırır ki, ABŞ şirkəti yeni nəsil “Chromebook Pixel” noutbukunu, “Google Home” səsgücləndiricilərinin yeni versiyasını və “Apple”ın istehsalı olan “AirPods”a rəqib olacaq qulaqcıqlarını təqdim edəcək.
 
İlkin məlumatlara əsasən bu ilin payızında “Google” 2 yeni smartfonunun təqdimatı ilə bərabər “Andromedia” əməliyyat sistemi ilə işləyən və 16 GB əməliyyat yaddaşına malik “Chromebook Pixel” cihazını da təqdim edəcəklər.

 

Korporasiyanın yeni məhsullarını sentyabr-oktyabr aylarında keçiriləcək rəsmi təqdimat zamanı öyrənmək mümkün olacaq. 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017