Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiya dron əleyhinə silah yaratdı

Rusiya Müdafiə Nazirliyinin “Robototexnika” Baş Elmi-Araşdırma Təhlil Mərkəzi pilotsuz uçan aparatlarla mübarizə üçün nəzərdə tutulmuş elektromaqnit silah yaradıb.
 
İKT.lent.az-ın TASS-a istinadən verdiyi məlumata görə, “Stupor” adlanan silahın nümunəsi “Armiya-2017” forumu çərçivəsində təqdim edilib.  
 
Silah yer və su səthləri üzərində istifadə olunan pilotsuz uçuş aparatlarının, o cümlədən kopter tipli cihazların zərərsizləşdirilməsində istifadə olunacaq.
 
“Robototexnika” Baş Elmi-Araşdırma Təhlil Mərkəzinin nümayəndələri bildiriblər ki, “Stupor” dronların idarəetmə kanalının elektromaqnit impulslarını “vurur”, nəticədə operatorla əlaqəsi itən aparat yerə düşür. “Stupor”un təsir sferası 20 dərəcəli sektorda 2 kilometr təşkil edir. Bundan başqa, kompleks pilotsuz uçan aparatların ötürücülük və naviqasiya kanallarını dəf etmək gücündədir və onların optik-elektron diapazonda foto-video kameralarını da yararsız hala gətirir. “Silah”ın enerji ilə təchizatı həm şəbəkədən, həm də avtomobil akkumulyatoru vasitəsilə həyata keçirilə bilər.
 
Qeyd edək ki, “Stupor” ilk belə cihaz deyil. 2015-ci ildə ABŞ-ın Ohayo ştatının Battel Memorial İnstitutunun araşdırmaçıları “Drone Defender” adlanan və pilotsuz uçan aparatlarını məcburi enişə vadar etməyi bacaran tüfəngə bənzəyən cihaz təqdim ediblər. Ötən ilin may ayında ABŞ Müdafiə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi 100 ədəd dron əleyhinə “Drone Defender” tüfəngi alıb.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017