Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Gözlərim ağrıyır” sorğusu “Google”da populyar oldu -

Bu günlərdə ABŞ ərazisində müşahidə edilmiş Günəş tutulmasından dərhal sonra “Gözlərim ağrıyır” sorğusu “Google” axtarış sistemində populyarlaşıb.

 

İKT.lent.az-ın məlumatına görə, buna “The Next Web” saytı diqqət yetirib. Sayt Günəş tutulması və göz ağrısı barədə sorğuları müqayisə edərək onlar arasında korellyasiya olduğu qənaətinə gəlib. Bununla belə, söhbət sorğuların nisbi populyarlığından gedir, belə ki, Günəş tutulması ilə bağlı sorğuların ümumi sayı göz ağrısı ilə bağlı sorğuların sayından xeyli çoxdur.

 
“N+1” portalı yazır ki, Günəş tutulmasından sonra göz ağrılarının yaranmasının mümkün səbəblərindən biri xüsusi müdafiə olmadan hadisəni müşahidə edən zaman göz torcuğunun yanmasıdır. Bu da çoxlu sayda ultrabənövşəyi şüaların gözə düşməsindən irəli gəlir. Belə yanıqların əsas əlamətləri gözlərin qızarması, ağrıların olması, gözlərdə qara ləkələrin uzun müddət qalması və söz yaşarmasıdır. Bəzən bunlara baş ağrısı da əlavə edilir. Yanığın səviyyəsindən asılı olaraq, bu hiss bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilir.
 
Qeyd edək ki, göz torcuğunun yanması halı ABŞ prezidenti Donald Trampın da başına gələ bilərdi. Çünki o da xəbərdarlıqlara baxmayaraq, bir neçə saniyə müdafiə eynəyi olmadan Günəş tutulmasını müşahidə edib.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017