Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“SpaceX” ilk skafandrını nümayiş etdirdi - FOTO

ABŞ-ın “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı İlon Mask kosmosa uçuş məqsədilə öz şirkəti tərəfindən hazırlanan ilk skafandrı nümayiş etdirib.

 

İKT.lent.az-ın xəbərinə görə, İ. Mask fotonu “Instagram” səhifəsində yerləşdirib. “SpaceX-in skafandrının ilk fotosu”, - deyə o, yazıb.  

 

İş adamı skafandrın artıq pnevmo-vakuum sınaqlarından keçdiyini bildirib. İ. Maskın sözlərinə görə, əsas çətinlik bundan ibarət idi ki, kostyumun funksionallığına zərər vurmadan onun estetik görünüşü qorunsun. O, yaxın vaxtlarda istifadəçilərə daha çox şey göstərəcəyini vəd edib.

 

İstifadəçilər skafandrın görünüşündən məmnun qalıblar. Bəziləri yeni kostyumun NASA-nın skafandrlarından daha yaxşı olduğunu söyləyiblər. Çünki “SpaceX”ın skafandrının dizaynı adi skafandrlardan fərqlənir.  

 

Xatırladaq ki, İ. Mask Aya turist səfərləri təşkil etməyi planlaşdırır. Gələcəkdə isə o, Marsa insanlardan ibarət missiya göndərməyi nəzərdə tutub.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017