Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ kəşfiyyatının rusiyalıların internet trafikinə çıxışı var - RUSİYADA QORXU!

Rusiya hakimiyyəti düşünür ki, ABŞ xüsusi xidmət orqanlarının rusiyalıların internet trafikinə çıxışı ola bilər.
 
İKT.lent.az-ın “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, bu səbəblə hökumət mobil operatorları bu trafiki Rusiya kənarından ölkə içərisinə yönəltməyə məcbur etmək istəyir.

 

Məmurlardan biri bildirib ki, Avropada (xüsusilə də Stokholmda) ABŞ Milli Təhlükəsizlik Agentliyinin böyük mərkəzi mövcuddur və bu mərkəzin iri internet trafiki nöqtələrinə çıxışı var. ABŞ xüsusi xidmət orqanları bu nöqtələrdən məlumatları toplamaq, onları şifrələrini “qırmaq” və açar sözləri axtarışa verib, lazımi bilgiləri əldə etmək imkanına malikdirlər.

 
Ayrı-ayrı istifadəçilərin şəxsi məlumatları ilə yanaşı, xaricdəki internet trafikinə istifadəçilərin bank əməliyyatları, eləcə də dövlət əhəmiyyətli məlumatlar, məmurların yazışmaları da daxil olur. Rusiyalıların trafiki onların xarici xidmətlər və resurslarla əlaqəsi zamanı da xaricilərin əllərinə düşür. Bundan başqa, hətta Rusiya ərazisindəki resurslarla əlaqə zamanı da məlumatlar ölkə xaricinə çıxır.
 
Rusiyanın daxili trafikinin xaricdəki mübadilə nöqtələri vasitəsilə ötürülməsi probleminin mövcudluğunu iri rabitə operatorlarından biri də təsdiqləyib.

 

“Rostelekom”un qiymətləndirilməsinə görə, Rusiya daxilindəki internet trafikinin 20 faizi ölkədən xaricə çıxır.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017