Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rus-Çin smartfonu “YotaPhone 3”ün təqdimatı keçirildi -

Rusiyanın Çindəki səfirliyində bu iki ölkənin birgə istehsalı olan üçüncü nəsil “YotaPhone” smartfonunun təqdimatı keçirilib.

 

İKT.lent.az-ın hi-tech.mail.ru”ya istinadən verdiyi məlumata görə, iki ekrana malik smartfonun hazırlanması 10 ay çəkib.

 

Cihaz на “Android 7.1.1 Nougat” əməliyyat sisteminə əsaslanan “YOTA OS 3.0” “ikili” əməliyyat sistemi ilə çalışır. Ön ekran 5,5, ikinci ekran 5,2 diaqonala malikdir. Ön kamera 12 Mp, əsas kamera 13 Mp, akkumulyator 3200 mAs-dir. Səkkiznüvəli “Qualcomm Snapdragon 625” prosessoru ilə təchiz olunub.

 

Çində rəsmi satışlar sentyabrda başlayacaq. 64 Gb yaddaşa malik “YotaPhone 3”ün qiyməti 360 dollar, 128 Gb yaddaşa malik bahalı versiyanın qiyməti 465 dollar təşkil edəcək.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017