Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy Note 8” rəsmən təqdim olundu - -

“Samsung Electronics” şirkəti Nyu Yorkda özünün yeni “Galaxy Note 8” smartfonunun rəsmi təqdimatını keçirib.

 

İKT.lent.az-ın xəbərinə görə, avqustun 23-də Bakı vaxtı ilə axşam saatlarına təsadüf edən təqdimat “YouTube”dakı “Samsung Mobile” kanalında canlı yayımlanıb.

 

Yeni cihaz 6,3 ölçülü, 2960x1440 piksel ekrana malikdir. Bu, “Note” seriyasının ən böyük ekranlı smartfonudur. 12 meqapiksellik və təsvirin optik stabilləşdiricisi (OİC) funksiyalı 2 əsas kamera və 8 meqapiksellik frontal kamera var. Smartfon 8 nüvəli prosessorla təchiz olunub və 6 Gb operativ yaddaşa və 64 Gb daxili yaddaşa sahibdir. Alıcılara daha həssas və daha nazik qurtaracağı olan “S Pen” stilusu da veriləcək.  

 

Yeni “Galaxy Note” sudan, tozdan və nəmdən qorunur.  

 

“İstifadəçilərə “Galaxy Note” seriyasından olan smartfonlara sadiqliklərinə görə minnətdarıq. Bizi öz işimizi təkmilləşdirməyə ruhlandıran məhz bu oldu. Sərhədsiz ekrana, möhtəşəm ikili əsas kameraya və yaxşılaşdırılmış elektron “S Pen” qələminə malik olan “Galaxy Note 8” insanlara əvvəl əlçatmaz görünənləri reallaşdırmaq imkanı yaradır”, - deyə “Samsung”un mobil bölməsinin rəhbəri Di Cey Kox bildirib.


”Galaxy Note 8” üç rəngdə hazırlanıb: qara brilyant, sarı topaz və göy sapfir. Satışlar sentyabrın ortalarında başlayacaq İlkin sifarişlər “Samsung”un saytında qəbul olunur.

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017