Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” pilotsuz avtomobil sevdasından vaz keçdi

“Apple” pilotsuz avtomobil yaratmaq planından qəti olaraq vaz keçib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The New York Times” yazıb.

 

Şirkət diqqətini avtomobilin avtomatik idarəedilməsi üzrə baza texnologiyalarına yönəldəcək. “Apple”ın baş direktoru Tim Kuk bildirib ki, şirkət avtonom sistemlər üzərində diqqətini cəmləşdirəcək.

 

Mənbələr NYT-yə deyiblər ki, “Apple” yaradacağı avtomobilin necə olacağı məsələsində heç cür yekun qərara gələ bilməyib. Layihədə iştirak edən komanda qoyulan qeyri-real müddətdən və prioritetlərin dəyişməsindən şikayətləniblər.

 

Xatırladaq ki, “Apple” öz videokontentini (serial və s.) yaratmaq işinə 1 milyard dollar ayırıb.

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017