Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiya baş prokuroru: “Ölkədə kibercinayətkarlıq 6 dəfə artıb”

Rusiyanın baş prokuroru Yuri Çayka 2013-2016-cı illər ərzində ölkədə kibercinayətkarlığın 6 dəfə artdığını bildirib.
 
İKT.lent.az-ın “gazeta.ru”ya istinadən verdiyi məlumata görə, Çayka qeyd edib ki, Rusiya Federasiyasında 2013-cü ildən 2016-cı illər arasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək törədilən cinayətlərin sayı 6 dəfə artaraq 11 mindən 66 minə çatıb. O bildirib ki, cinayətlərin ciddi artımı bu il də müşahidə olunur. Bu rəqəm də 26 faiz artaraq 40 minə çatıb.

 

Baş prokuror kiberfırıldaqçılığın, informasiya blokadaları və kompüter casusluğunun geniş yayıldığına da diqqət çəkib.

 

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017