Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən sürətli smartfonu məlum oldu

Mobil cihazların nə dərəcədə tez işlədiyini müəyyənləşdirmək üçün nəzərdə tutulmuş “AnTuTu” əlavəsinin tərtibatçıları sınaqlarda ən çox sayda xal toplayan smartfonların siyahısını dərc edib.
 
İKT.lent.az-ın “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumata görə, “AnTuTu”nun qiymətləndirməsinə əsasən ahzırda ən sürətli smartfon Çin istehsalı olan “OnePlus 5” flaqmanıdır. Bu cihaz 181 min xal toplayıb.
 
İkinci yeri 180 min xalla “HTC U11” smartfonu, 3-cü yeri 172,6 min xalla “Samsung Galaxy S8+”, 4-cü yeri 172,4 min xalla “Galaxy S8” və 5-ci yeri isə 172,1 min xalla “Xiaomi Mi6” smartfonları tutub.
 
Ən tez işləyən smartfonların siyahısına “iPhone 7 Plus”, “Sony Xpreia XZ Premium”, “iPhone 7”, “OnePlus 3T” və “OnePlus 3” də daxildir.
 
Bundan başqa, “AnTuTu” tərtibatçıları ən güclü smartfonların reytinqini də dərc ediblər. Qeyri-müəyyən səbəblərə görə, nədənsə orada “iPhone 7” və “7 Plus” smartfonlarının adları yoxdur. Əvəzində isə bu siyahıya “LeEco Le Pro 3” və “Asus ZenFone 3 Deluxe” smartfonları əlavə edilib.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017