Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook”da baş naziri hədələyən qadına cəza verildi

Niderlandda məhkəmə 47 yaşlı qadını 40 saatlıq ictimai işlərə məhkum edib.

 

İKT.lent.az-ın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, səbəb onun “Facebook”da baş nazirin ünvanına hədə-qorxu ilə çıxış etməsidir. Belə ki, qadın öz səhifəsində baş nazir Mark Rüttenin boynuna ilgək keçirilmiş fotokollajını yerləşdirib.

 

Qərarı Haaqa rayon məhkəməsi verib. Hakim qərarı elan edərkən bildirib ki, bu cür ölüm hədəsi qəbuledilməzdir.

 

Qadının adı açıqlanmayıb.

LENT

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018