Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Group”un rəhbəri həbsə məhkum edildi

Seual mərkəzi dairə məhkəməsi “Samsung Electronics” şirkətinin vitse-prezidenti və “Samsung Group”un faktiki rəhbəri Li Çje Yonu 5 il həbs cəzasına məhkum edib.

 

İKT.lent.az-ın “Yonhap” agentliyinə istinadən verdiyi xəbərə görə, Li Çje Yon rüşvət və sabiq prezident Pak Kın Xe ətrafındakı qalmaqalla bağlı digər cinayətlərdə günahkar sayılıb.

 

Məhkəmə müəyyən edib ki, L. Ç. Yon 7,2 milyard von (6,38 milyon dollar) rüşvət verib, maliyyə aktivlərini xaricdə gizlədib, mənimsəmələrdə əli olub və yalançı şahidlik edib. İttiham tərəfi onun 12 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edirdi, onların versiyasına əsasən L. Ç. Yon dövlətin “Samsung”un iki törəmə strukturunun şirkətə sərf edən şərtlərdə birləşməsinə icazə verməsi üçün 43,3 milyard von (38 milyon dollar) rüşvət verməyi vəd edib. Bu sövdələşmə Li Çjen Yonun bütün “Samsung” qrupu üzərində nəzarətini gücləndirməsinə imkan verəcəkdi.

 

İş adamı günahını boynuna almayıb. Onun qərardan apellyasiya verəcəyi gözlənilir.

 

L. Ç. Yonla bərabər şirkətin daha 4 sabiq top-menecerinə hökm oxunub. Onlardan ikisi 4 il, digər ikisi isə şərti cəza alıb.  
 

Xatırladaq ki, 49 yaşlı L. Ç. Yon bu ilin fevralında saxlanılıb.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017