Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple”a vergi güzəşti - 208 MİLYON $

“Apple” korporasiyası Ayovada 2 data mərkəzi inşa etməyin əvəzində vergi güzəşti qazanacaq. Şirkət bununla ştat büdcəsinə 208 milyon dollar vergi ödəməkdən azad ediləcək.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, müvafiq razılıq Ayova ştatının iqtisadiyyatına məsul olan dövlət orqanı tərəfindən təsdiqlənib. Layihə 1,4 milyard dollar həcmində qiymətləndirilir. Data mərkəzlərinin tikintisi nəticəsində azı 50 yeni iş yeri yaradılacaq. “Apple” tikinti üçün De-Moyn şəhərində torpaq sahəsi (668,9 hektar) almağa da razılaşıb.   

 

“Apple”ın baş direktoru Tim Kuk De-Moynda yerli infrastrukturun inkişafı üçün yaradılmış fonda 100 milyon dollar köçürəcəklərini də açıqlayıb. Bu vəsait küçə və parkların, uşaq idman meydançalarının, kitabxanaların abadlaşdırılmasına və yenidən qurulmasına sərf olunacaq.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ölkə şirkətlərini xaricdə istehsal sahələri yaratdıqlarına görə tənqid edib və onları ölkə daxilində iş yerləri açmağa çağırıb.

 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017