Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tim Kukun cibində nə var? - FOTO

Sosial şəbəkələrdə “Apple” korporasiyasının rəhbəri Tim Kuk tərəfindən onun şəxsi “Twitter” səhifəsində yerləşdirilən foto geniş müzakirə olunur.
 
İKT.lent.az-ın məlumatına görə, istifadəçilər korporasiya rəhbərinin şalvarının cibində smartfona oxşayan əşyaya diqqət yetiriblər. Foto şirkətin ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhərində yerləşən CTS müəssisəsində çəkilib. Burada “Apple” cihazlarının sınaqlarının aparılması üçün avadanlıqlar istehsal edilir.

 

Foto “Twitter”də yerləşdirildikdən dərhal sonra istifadəçilər Tim Kukun cibində hansı smartfonun olduğunu tapmağa çalışıblar. Bir çoxları cihazın qeyri-adi ölçülərinə diqqət yetirib və təxmin edib ki, bu, yeni “iPhone 8” smartfonudur. Şayiələrə görə, bu smartfon bir qədər uzunsov olacaq. Digərləri isə zarafatla bildiriblər ki, “Apple” rəhbəri işə gələrkən yanlışlıqla “Samsung Galaxy S8+” smartfonunu götürüb.
 
Xatırladaq ki, yeni “Apple” cihazlarının təqdimatı sentyabr ayının ilk yarısında keçiriləcək. Tədbirdə “iPhone 7s”, “7s Plus” və “iPhone 8” smartfonlarının təqdimatı gözlənilir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017