Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” İran üzrə “App Store”dan bəzi əlavələri sildi

“Apple” şirkəti İran üzrə “App Store” mağazalarından bir neçə populyar əlavələri silmək məcburiyyətində qalıb.
 
İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, İranın telekommunikasiya naziri bu qərara mənfi münasibət bildirib.
 
Belə ki, avqustun 24-də “Snapp”, “Uber-like” əlavələri, çaparlıq üçün proqram, “DelionFoods” və İranda populyar olan digər əlavələr mağazadan silinib. Artıq “Apple” məhsullarının iranlı istifadəçiləri müvafiq proqramları istifadə edə bilməyəcəklər. Buna səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalardır. Bu sanksiyalar KİV, telekommunikasiya sistemləri və amerikalı tərtibatçıların proqram bazasına da toxunub. Nəticədə “Apple” da zərər çəkib. Çünki bu, onlarla işçinin işdən çıxarılmasına və “App Store”un itkilərlə üzləşməsinə səbəb olub.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017