Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 8”in rəsmi təqdimat tarixi bəlli oldu

Bütün dünyada “iPhone” fanatlarının səbirsizliklə gözlədiyi təqdimatın vaxtı məlum olub.

 

İKT.lent.az-ın xəbərinə görə, “Apple” korporasiyası yeni “iPhone 8” smartfonunu sentyabrın 12-də rəsmən təqdim edəcək. Bu barədə nüfuzlu “The Wall Street Journal” xəbər yayıb.

 

“Forbes”un informasiyasına əsasən 8-ci model “iPhone 7”dən bir az böyük, “7 Plus”dan isə kiçikdir. “Apple”ın yeni flaqmanı zahiri görünüşünə görə “Samsung Galaxy S8”ə bənzəyir, tək əllə istifadə etmək üçün çox rahatdır. Arxa qapaq simsiz şarjolunmanı dəstəkləyən şüşədən hazırlanıb. “iPhone 8” 5,8 ölçülü displeyə sahibdir, yuxarı hissədə “datçik”lər və dinamik üçün dəlik var.  

 

Sentyabrın 12-də LTE dəstəkli “Apple Watch” və “Apple TV 5” televiziya “pristavka”sı da təqdim olunacaq. Bundan başqa, mövcud modellərin yenilənmiş versiyaları - "iPhone 7s" və "iPhone 7s Plus"ın da təqdim olunacağı gözlənilir.

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017