Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook Messenger Lite” 50 milyondan çox yüklənib

Son məlumatlara əsasən “Messenger Lite” əlavəsi artıq 50 milyondan çox dəfə yüklənib.
 
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, əlavənin populyarlığına baxmayaraq, şirkət onu inkişaf etmiş ölkələrdə əsl “Messenger”in alternativinə çevirməyi planlaşdırmır.
 
“Facebook” özünün “Messenger Lite” əlavəsini 2016-cı ilin oktyabr ayında istifadəyə verib. Bu, “Messenger” proqramının məhdud funksiyalara malik kiçildilmiş versiyasıdır.
 
“Facebook Messenger Lite” əlavəsi “ОС Android 2.3 Gingerbread” və daha yeni versiyalarla çalışan əməliyyat sistemli köhnə smartfonlar üçün nəzərdə tutulub. Həmçinin, bu əlavə aşağı sürətli internetin mövcud olduğu bölgələr üçün nəzərdə tutulub.

LENT

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018