Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Teylor Svift “YouTube”da Adelin rekordunu təzələdi -

Məşhur amerikalı sənətçi Teylor Svift britaniyalı Adelin “YouTube”dakı rekordunu təzələyib.

 

İKT.lent.az-ın “Evening Standard”a istinadən verdiyi xəbərə görə, T. Sviftin “MTV Video Music Awards” mərasimində təqdim olunan “Look What You Made Me Do” klipi avqustun 27-də “YouTube”da yerləşdirilib. İlk 24 saatda klip 28 milyon baxış toplayıb. Avqustun 29-na olan məlumata əsasən baxış sayı 50 milyonu ötüb.

 

Əvvəlki rekord Adelə məxsus idi. 2015-ci ildə onun “Hello” klipi ilk sutka ərzində 27,7 milyon baxış toplamışdı.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017