Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” “Emmy”yə layiq görüldü

“Apple” “Emmy” texnologiya mükafatı alan şirkətlərin sırasında yer alıb.
 
İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən verdiyi məlumata görə, ABŞ Milli Elm və Televiziya Akademiyası bu günlərdə elm və texnologiya sahəsində mükafat qazanmış namizədlərin və qaliblərin final siyahısını açıqlayıb.
 
“Apple” şirkəti “Apple TV”dəki kontekst axtarışı və səsli naviqasiyaya görə mükafat qazanıb. Buna görə “Siri”yə təşəkkür etmək lazımdır. Belə ki, “Siri” istifadəçilərə tez bir zamanda filmlər, aktyorlar və s. haqqında məlumatlar əldə etməyə imkan verir. Bu nominasiyada qaliblər arasında “Comcast”, “Microsoft” və “Nuance”ın da adlarını qeyd etmək lazımdır.
 

Qeyd etmək lazımdır ki, bu, “Apple”ın ilk “Emmy” mükafatı deyil. Əvvəllər şirkət Milad bayramı reklam çarxına görə mükafat qazanıb.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017