Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Smartfon bazarının satış proqnozları açıqlandı

İDC analitik şirkətinin mütəxəssisləri cari ildə smartfon bazarının inkişafı ilə bağlı proqnoz hazırlayıblar.
 
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, ekspertlərin fikrincə, pul nisbətində bazar 1,4775 milyard dollara çatacaq və ötən illə müqayisədə 1,7 faiz artıb.
 
“OC Google Android” cihazları seqmentində ciddi artım gözlənilir. Artım 2,3 faiz təşkil edəcək və nəticədə bu əməliyyat sisteminin payı 85,2 faizə yüksələcək.
 
“Apple iOS” əməliyyat sisteminin payı ötən illə müqayisədə azalaraq 14,6 faiz olacaq, çünki “Apple” smartfonlarının satışı cəmi 1,5 faiz artacaq. Bu, əslində pis göstərici deyil, çünki ötən il “Apple” smartfonlarının satışı 7 faiz azalıb.
 
Yeri gəlmişkən, İDC analitiklərinin fikrincə, payızda satışa çıxarılacaq yeni nəsil “iPhone” smartfonlarının effekti cüzi olacaq. Yeni nəsil “iPhone 7s”, “iPhone 7s+” və “iPhone 8” modellərinin əsas satış həcmi gələn ilə təsadüf edəcək.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017