Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bill Geyts birinciliyi yenə əldən verdi

“Microsoft”un yaradıcısı Bill Geyts dünyanın ən zəngin insanı adını yenidən itirib.

 

İKT.lent.az-ın xəbərinə görə, “Forbes” dərgisi “İnditex” holdinqinin təsisçisi, “Zara”, “Massimo Dutti”, “Pull & Bear” kimi məşhur brendlərin yaradıcısı Amansio Orteqanın ilk sıraya yüksəldiyini açıqlayıb. İndi A. Orteqanın sərvəti 85 milyard dollar, Bill Geytsin sərvəti isə 84,9 milyard dollar həcmində qiymətləndirilir. Daha əvvəl Orteqa üç dəfə Geytsi ötüb, lakin hər dəfə liderliyini 1 gün ərzində itirib.

 

Amansio Orteqa 1936-cı ildə İspaniyanın şimal-qərbindəki Busdonqo şəhərində dəmir yolu işçisinin ailəsində dünyaya gəlib. O, 13 yaşında məktəbi tərk edərək ailəsini təmin etmək üçün çalışmağa başlayıb. Yoxsulluqdan zənginliyə aparan yola “Camiseria Gala” atelye-mağazasının satış üzrə assistenti kimi qədəm qoyub. Özünün ilk mağazasının açılışına qədər Orteqa həmin mağazada kommivoyajer, satıcı və menecer işləyib. 19765-ci ildə Orteqa La-Korunyada “Zara” adı ilə ilk mağazasını açıb. (Həmin mağaza indi də fəaliyyət göstərir.) 1980-ci ildə isə biznesini çeşidləndirərək müxtəlif əhali kateqoriyaları üçün mağazalar açıb. 1985-ci ildə o, “İnditex” holdinqini yaradaraq sonradan bütün biznesini bu holdinqin tərkibində toplayıb. Sonrakı illərdə “Massimo Dutti”, “Bershka”, “Pull & Bear” kimi şirkətlər bu holdinqə daxil olub.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017