Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram”a haker müdaxiləsi

Hakerlər “İnstagram”da yaranmış nasazlıqdan istifadə edərək populyar istifadəçilərin şəxsi məlumatlarına çıxış əldə ediblər.
 
İKT.lent.az-ın “Variety” saytına istinadən verdiyi məlumata görə, kibercinayətkarlar sosial şəbəkənin proqram interfeysindəki səhvdən istifadə ediblər və qeyri-qanuni olaraq populyar istifadəçilərin telefon nömrələrini və elektron poçt ünvanlarını öyrəniblər.  
 
Lakin hakerlərin əməlləri şifrə və digər şəxsi məlumatların itirilməsinə gətirib çıxarmayıb.
 
“İnstagram” rəhbərliyi akkauntları “sındırılan” istifadəçilərin adlarını açıqlamayıb. Bununla belə, qeyd edilir ki, hücumlar böyük sayda izləyicisi olan insanların səhifələrinə yönəlib. Eyni zamanda, sosial şəbəkədən bildiriblər ki, hazırda nasazlıq artıq aradan qaldırılıb.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017