Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter”də ağcaqanadı təhdid edən şəxs bloklandı

“Twitter”in “@nemuismywife” nikli yaponiyalı istifadəçisi ömürlük blok edilib.
 
İKT.lent.az-ın “Mashable” saytına istinadən verdiyi məlumata görə, buna səbəb xidmət tərəfindən onun səhifəsində ağcaqanada qarşı təhdidin aşkar olunmasıdır.
 
Yaponiya vətəndaşı ağcaqanad onu dişlədikdən sora qəzəblə yazıb: “Yaramaz! Mən dincəlmək və televizora baxmaq istəyərkən məni dişləməklə nəyə nail oldun? Öl! (Əslində sən elə ölüsən.)”

 

Bundan sonra, istifadəçiyə bildiriş gəlib. Bildirişdə deyilib ki, onun yazısı sosial şəbəkənin siyasətinə zidd olduğu üçün səhifəsi həmişəlik bağlanıb.
 
”Ağcaqanad qatili” yenidən qeydiyyatdan keçib və bu qərara etiraz edib: “Mənim səhifəm ağcaqanadı öldürdüyümü yazdıqdan sonra ömürlük olaraq blok edilib. Məgər belə yazmaq pozuntudur ki?..”
 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017