Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mənbə: “Samsung Galaxy S9” yanvarda təqdim edilə bilər

“Samsung Galaxy S9” smartfonunun anonsu şirkətin adətən yeniliklərini təqdim etdiyi vaxtdan daha tez baş tuta bilər.
 
İKT.lent.az-ın “Thе Bell” saytına istinadən verdiyi məlumata görə, bu il “Samsung Displey” özünün “Galaxy S8” və “S8+” smartfonları üçün OLED displeylərini yanvarda tədarük etməyə başlayıb. Smartfonun anonsu isə martın sonunda gerçəkləşib. Mənbələr iddia edirlər ki, “Samsung Display” “Galaxy S9” üçün displeyin tədarükünə artıq bu ilin noyabrında başlayacaq. Yeniliyin təqdimatı isə gələn ilin yanvarında baş tuta bilər. Belə olarsa, dünya miqyasında satışların 2018-ci ilin fevral ayının ortalarında başlayacağı gözlənilir.
 
Son məlumatlara görə, “Samsung Galaxy S9” smartfonu “Snapdragon 845” sistemi ilə təchiz ediləcək. Onun 4Gb əməliyyat yaddaşı, “Android Oreo” əməliyyat yaddaşı, həmçinin panelin arxa hissəsində daktiloskopik sensoru olacaq. Mənbələr bildirirlər ki, barmaq izləri skanerini isə arxa panelin mərkəzi hissəsində ikili kameranın altında yerləşdirəcəklər.             

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017