Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Proqnoz: Gələn il 60 milyon “ağıllı” saat satılacaq

“CCS Insight” şirkətinin analitikləri bildirirlər ki, gələn il dünyada 60 milyon ədəd “ağıllı” saat və 44 milyon ədəd fəallıq trekerinin satışı həyata keçiriləcək.
 
İKT.lent.az-ın məlumatına görə, məhz növbəti ildə “ağıllı” saatların satışı müxtəlif qolbaq və digər buna bənzər əşyaların satışını üstələməlidir.
 
“Ağıllı” saatlar bazarının lideri yenə “Apple” olaraq qalacaq. Cari ildə bu kateqoriyada satışların yarıdan çoxu “Apple Watch”un payına düşəcək. Pul nisbətində “ağıllı” saatlar bazarı 7,9 milyard dollar təşkil edəcək. Bu sahənin lider bazarı isə Çin olacaq.

 
Əməliyyat sistemlərinin bölgüsünə gəldikdə isə, gələn ilin nəticələrinə əsasən “Android Wear” ötənilki 14%-lə müqayisədə bazarda 21% paya malik olacaq.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017