Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlər “WikiLeaks”i “sındırdı”

Kiberhücumlar, haker müdaxilələri ilə əldə olunan  gizli məlumatları yaymaqla məşhurlaşmış “WikiLeaks” saytının özü haker hücumuna məruz qalıb.

 

İKT.lent.az-ın “Verge” saytına istinadən verdiyi məlumata görə, “OurMine” haker qrupu “WikiLeaks”in saytını “sındırıb”. Saytın əsas səhifəsində hakerlərin müraciəti yerləşdirilib.
 
“Salam. Bu, “OurMine”dır (təhlükəsizlik xidməti), narahat olmayın! Bu, sadəcə texniki yoxlanışdır. Yox, gözləyin, bu, yoxlama deyil. “WikiLeaks”, xatırlayırsınızsa, siz saytın sındırılmasının mümkün olub-olmaması məsələsində lovğalanmışdınız”, - deyə hakerlər yazıb.
 
Xəbər hazırlanan zaman sayta giriş mümkün deyildi.
 
“WikiLeaks” özünün “Twitter” səhifəsində bildirib ki, serverlər müdaxiləyə məruz qalmayıb.

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017