Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” təqdimat mərasimi üçün dəvətnamələr göndərməyə başladı

ABŞ-ın “Apple” korporasiyası “iPhone 8” smartfonu və digər yeni məhsullarını təqdim edəcəyi tarixi rəsmən elan edib.

 

İKT.lent.az-ın xəbərinə görə, daha öncə mediada yayılan xəbər təsdiqini tapıb və rəsmi təqdimatın sentyabrın 12-də keçiriləcəyi açıqlanıb. Artıq tədbir üçün dəvətnamələrin göndərilməsinə başlanıb. Mərasim “Apple”ın yeni inşa olunmuş və hələlik açılışı keçirilməmiş kampusunun ərazisindəki Stiv Cobs adına teatrda təşkil olunacaq.

 

Tədbirdə “iPhone 8” flaqmanından başqa, mövcud modellərin yenilənmiş versiyaları – “iPhone 7s” və “iPhone 7s Plus” da təqdim olunacaq. Bundan başqa, LTE modulu ilə yeni “Apple Watch”, 4K və HDR dəstəkli “Apple TV”nin də təqdim olunacağı gözlənilir. “iOS 11” əməliyyat sistemi barədə də ətraflı məlumatların veriləcəyi bildirilir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017