Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Lukaşenko “Tesla”nı yoxladı və məmurlara tapşırıq verdi - -

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın “Tesla” elektromobilinin son modelini sınaqdan keçirib və yerli istehsalçılara bu səviyyədə elektromobil hazırlamağı tapşırıb.

 

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, A. Lukaşenko “Tesla”nın dinamikasını və texniki xüsusiyyətlərini çox yüksək qiymətləndirib: “O, kosmik gəmi kimi, hətta daha güclü start götürür. İki saniyə yarıma 100 kilometr sürət yığır. Lakin məni maraqlandıran bu idi ki, maşın yolu necə tutur. İdeal şəkildə!” (Orijinalı: “Menya interesovalo kak on derjit doroqu. İdealno”.)

 

A. Lukaşenko bildirib ki, dünya bu istiqamətdə inkişaf edir: “Amerikalılar super avtomobil yaradıblar. Əhsən! Yaxşı sürət yığır. Daxili yanma mühərrikli alman avtomobilləri geridə qaldılar və çata bilmirlər. Lakin biz geridə qala bilmərik”.  
 

A. Lukaşenko vəzifəli şəxslərə “Tesla”nın xüsusiyyətlərini öyrənərək Belarusda yaradılan elektrik avtomobilinin təkmilləşdirilməsində bundan yararlanmağı məsləhət görüb: “Mən bilmirəm sizin yaratdığınız mühərrikin imkanları, avtomobilin hərəkət hissəsi nə dərəcədə güclüdür, lakin zahiri görünüşü yaxşıdır. Əgər biz elektrik enerjisini yığacaq, dünyada ən yaxşı batareya da yarada biləriksə, niyə yaratmırıq? Bunun üçün nə lazımdır? İnsan, pul, bacarıq?.. Dərhal bunu reallaşdırmaq lazımdır”.

 

Qeyd edək ki, avqustun 22-də Belarus Maşınqayırma İnstitutu “Geely” avtomobilinin bazasında yaradılmış ilk elektromobilini təqdim edib. Mühərrikin gücü 60 kVt (təxminən 80 at gücü), maksimal sürət 110 km/saat təşkil edir.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017