Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyayönümlü botlar fəallaşıb - ABŞ-da NARAHATLIQ

ABŞ analitikləri son vaxtlar sosial şəbəkələrdə rusiyayönümlü botların fəallığının artdığı barədə xəbərdarlıqla çıxış ediblər.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, xüsusən ABŞ-ın Şarlotsvill şəhərindəki hadisədən sonra botların aktivləşdiyi müşahidə olunub. Ekspertlər bunu ABŞ-dakı növbəti seçki kampaniyaları öncəsi məşq kimi qiymətləndirir.   

 

“Bloomberg” yazır ki, sosial şəbəkələrdə istifadə olunan botlar cəmiyyətdə müzakirə olunan mövzulara təsir göstərmək gücündə olduqlarını sübut ediblər. Onlar məhdud çevrələri maraqlandıran narrativin daha geniş əhali təbəqələrinin diqqətini cəlb etməsinə səbəb olurlar. Ona görə də botlara gələcək seçkilərdə ictimai rəyə təsir göstərə biləcək effektiv silah kimi baxmaq lazımdır.   
 

Məsələn, agentlik qeyd edir ki, respublikaçı senator Con Makkeyn Şarlotsvill hadisəsindən sonra öz “Twitter” səhifəsində prezident Trampı irqçilər və neonasistlər tərəfindən törədilmiş zorakılığı birmənalı qınamağa çağırdıqdan sonra ona qarşı kampaniya başlayıb. Bu kampaniyada botlardan geniş istifadə edilib. Onlar “xain Makkeyni” pisləyərək “#ExplainMcCain” (“İzahat ver, Makkeyn!”) heşteqi yaradıblar. Kibertəhlükəsizlik sahəsindəki analitiklər və ekspertlər bildiriblər ki, senatora qarşı bot-kampaniya 2018-ci ildə ABŞ-da Konqresə və yerli orqanlara keçiriləcək seçkilərdə nələr gözləmək lazım olduğunu ortaya qoyur.


Qeyd edək ki, internet botları avtomatik və ya verilmiş xüsusi istiqamət üzrə hər hansı fəaliyyəti yerinə yetirən xüsusi proqramdır. Sosial şəbəkələrdə müxtəlif saxta adlar və ya niklərlə səhifələr yaradılır və onların vasitəsilə lazımi paylaşımlar edilir, informasiyalar, çağırışlar yayılır. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017