Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yemək ye, hesabını gülüşlə ödə! - ÇİNDƏ MARAQLI YENİLİK

"Alibaba" şirkəti KFC şəbəkəsinin Çindəki restoranlarında maraqlı yeniliyin tətbiqinə başlayıb.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, burada sifarişi gülüşlə ödəmək mümkündür.

 

Sifarişi ödəmək üçün bank kartı və ya smartfona gərək yoxdur. Sadəcə, müvafiq avtomata telefon nömrəsini daxil etmək və kameranın obyektivinə gülümsəmək lazımdır. Müştərinin şəxsiyyətini tanımaq üçün avtomata cəmi bir neçə saniyə bəs edir.

 

Yenilikdən yalnız "AliPay" ödəniş sisteminin istifadəçiləri yararlana bilər.

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018