Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlər GTA oyununu kalkulyatorda işə saldılar

“RogueConditional” nikli şəbəkə istifadəçisi “Game Boy Advance” üçün nəzərdə tutulmuş populyar “Grand Theft Auto” oyununu kalkulyatorda işə sala bilib. 

İKT.lent.az-ın “oane.ws” saytına istinadən verdiyi məlumata əsasən, proqramçı “RogueConditional”ın sözlərinə görə, əvvəlcə o, kalkulyatorun ceylbreykini yaradıb və onun sayəsində kənar əlavələri işə salmaq imkanı yaranıb. 

Məlumdur ki, oyunçu əvvəlcə kalkulyatorda “Texas Instruments TI-Nspire CX” işə salıb və bu, olduqca böyük çətinliklər yaradıb. Sən demə, bu model ARM bazasında yaradılmış prosessorda işləyir və müvafiq olaraq bütün standart ARM proqramları problemsiz işə salmaq mümkündür. Sonradan o, “Game Boy Advance”ni yükləyib və GTA oyunu işə düşüb. 

Oyun dünyasında belə xəbərlər yeganə deyil. Bundan öncə şəbəkə istifadəçilərindən biri lehimli dəmirdə “Tetris” oyununu yaradıb. Burada isə oyunu korpusdakı iki düymə vasitəsilə idarə etmək mümkündür.

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018