Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Səslə idarə olunan və gəzən soyuducu yaradıldı -

Berlində keçirilən İFA-2017 sərgisi çərçivəsində Yaponiyanın “Panasonic” şirkəti robotlaşdırılmış soyuducu nümayiş etdirib. 

İKT.lent.az-ın Hitech.newsru.com saytına istinadən məlumatına görə, soyuducu səsli idarəetməyə malikdir və sərbəst olaraq mətbəxdə hərəkət edə bilir.

“Panasonic” tərəfindən tərtib edilmiş özü gəzən mini-bar otaqda hərəkət edə bilir və yiyəsinin səsli əmrlərinə reaksiya verir. Təkər platformalı kiçik cihaz sərbəst olaraq lazım olan nöqtəyə gələ bilir. Bunun üçün o, bir sıra dərinlik və lazer sensorlarından istifadə edir. Bundan başqa, soyuducu xüsusi məlumat bazasına qoşulub ki, onun köməyi ilə daxilində saxlanılan qəlyanaltılar və ona uyğun içkilər məsləhət görə bilir. Soyuducu yaşlı insanların köməyinə çata bilər. 

Hazırda şirkətin bu qeyri-adi soyuducunun seriya istehsalına başlamağı planlaşdırıb-planlaşdırmadığı məlum deyil. Bununla belə, “Engadget” nəşrinin məlumatına görə, “Panasonic” şirkəti prototipin üstündə isti yeməklərin təklif edilməsi imkanlarını nəzərdən keçirir. 

LENT

18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018