Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 8”in qiymətləri bəlli oldu

Sentyabrın 12-də rəsmən təqdim olunacaq “iPhone 8” smartfonunun qiymətləri bəlli olub.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə nüfuzlu insayder Benjamin Geskin (@VenyaGeskin1) “Twitter”də yazıb. O bildirib ki, baza modelinin qiyməti 999 dollar olacaq. Bu model ən kiçik həcmli daxili yaddaşa malikdir – 54 Gb.

 

Flaqmanın orta modifikasiyası 256 Gb yaddaşa sahibdir və 1099 dollardan satışa çıxarılacaq. Top model isə 512 Gb yaddaşla təmin edilib və qiyməti 1199 dollar təşkil edəcək.

 

Qeyd edək ki, “Apple”ın 8-ci modeli “iPhone Edition” adlanacaq.   

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017